Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:53
-
«Google» ana səhifəsində «doodle» adlandırdığı loqoda Rembrandt van Riyn-in avtoportretinə yer verib.

Avropa və Hollandiya sənət tarixinin ən önəmli rəssamlarından olan Rembrandt-ın iyulun 15-də 407 yaşı tamam olur.

Sənət tarixinə işığın və kölgələrin rəssamı olaraq düşən Rembrandt holland rəngkarlığının qızıl dövrünün təmsilçisi olub.

O, saysız portretlər, «İncil»dən illüstrasiyalar çəkib.

Onun ən məşhur əsərləri—«Avtoportret», «Nankor oğulun qayıtması», «Danaya», «Gecə gözətçisi» və s. bu gün də əvəzsiz sənət inciləri sayılır.

«Google» bu yolla dünya ölkələri üçün önəmli günlərə, mədəni hadisələrə və tarixə düşmüş əvəzsiz şəxslərə öz səhifəsində yer verərək diqqət çəkməyi hədəfləyir.

Arzu edənlər loqonun üstünə tıklayaraq həmin şəxslə, günlə və ya hadisəylə bağlı daha dolğun bilgi ala bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG