Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58

Hərbi komissar 500 000 manatlıq dələduzluq ittihamı ilə tutuldu


World -- Corruption - generic photo

World -- Corruption - generic photo


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılov həbs edilib. Bu barədə məlumatı Bakı Hərbi Məhkəməsi təsdiqləyib.

Məhkəmədən APA informasiya agentliyinə bildiriblər ki, Anar İsmayılov keçən aydan – iyunun 6-dan saxlanıb. O, dələduzluqda ittiham olunur.

Məlumatda deyilir ki, Anar İsmayılovun həbsi SHXÇDX-nin rəisi Arzu Rəhimovun hazırda həbsdə olan Natiq adlı sürücüsü ilə 500 min manatlıq sövdələşmə ilə bağlıdır.

İttihama görə ki, bir müddət əvvəl sürücü Anar İsmayılovun yanına gedərək vəzifədə qalması üçün ondan Arzu Rəhimovun adından pul tələb edib. Sürücü xidmət rəisinə deyib ki, pul verən başqa komissarlar da vəzifələrində qala bilərlər. Pul gəlməsə, həmin komissarlar vəzifədən uzaqlaşdırılacaqlar.

Bundan sonra Anar İsmayılov Ağsu və İsmayıllı rayonlarında yaxın münasibəti olduğu həmkarları ilə birlikdə 500 min manat pul toplayıb Arzu Rəhimovun sürücüsü Natiqə çatdırıblar. Hərbi prokurorluq sürücünün bu pulu konkret kimə çatdırdığı haqqında bir məlumat vermir. Hazırda həm sürücü, həm də Qobustanın keçmiş komissarı həbsdədir.

Xidmət rəisini Respublika Hərbi Prokurorluğunun əməkdaşları həbs ediblər. Onu hərbi prokuror Xanlar Vəliyevin nəzarəti altında dindiriblər.

Şərhləri göstər

XS
SM
MD
LG