Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

MDB gənclərinin ekoloji düşərgəsi keçirilir


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Gənclər və İdman Nazirliyi, IDEA kampaniyası və «Təbiət Dostları» İctimai Birliyinin birgə təşkil etdiyi Gənclərin Beynəlxalq Ekoloji Düşərgəsi davam edir.

IDEA kampaniyasından verilən məlumata görə, beynəlxalq düşərgə MDB ölkələrinin 2013-2014-cü illər üçün nəzərdə tutulan sosial-humanitar sahədə əməkdaşlığın prioritet tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Düşərgənin keçirilməsində məqsəd – ölkədə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan verməkdir. Düşərgə çərçivəsində Azərbaycanda həyata keçirilən ekoloji layihələrlə tanışlıq, «Tullantılardan davamlı istifadə», «Eko-könüllülük», «Ekoturizm», «Eko-konfliktologiya», «Vəhşi təbiətin mühafizəsi», «Xüsusi mühafizə olunan ərazilər» və s. mövzularda seminarlar, qrup və rol oyunları, eləcə də ekoloji aksiyalar keçirilib.

Beynəlxalq düşərgə mərhələli olaraq paytaxt Bakı və İsmayıllı rayonunda keçirilib. Tədbirə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kimi müxtəlif MDB dövlətlərindən 80-ə yaxın gənc qatılıb. Tədbirdə ətraf mühit sahəsində fəaliyyət göstərən ekspertlərlə yanaşı, MDB ölkələrinin İcraiyyə Komitəsinin humanitar məsələlər üzrə məsul əməkdaşı da iştirak edir.

MDB Gənclərinin Ekoloji Düşərgəsi iyul ayının 8-dən start götürüb.
XS
SM
MD
LG