Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:18

ABŞ Dövlət katibinin müavini William Burns Qahirədədir


William J. Burns
William J. Burns
ABŞ Dövlət katibinin müavini William Burns bu gün Qahirədə Misir liderləri ilə görüşməlidir.

O səfər zamanı hərbi məmurlar və müvəqqəti hökumətin liderləri ilə görüşməlidir. Amma onun devrilmiş prezident Mohammad Morsinin təmsil olunduğu Müsəlman qardaşları hərəkatının üzvləri ilə görüşüb-görüşməyəcəyi bəlli deyil. Səfərdə məqsəd ölkədə zorakılığa son qoymaq və hakimiyyətin demokratik yolla seçilmiş mülki hökumətə verilməsinə kömək etməkdir.

İyulun 3-də baş vermiş çevrilişdən bu yana ölkədə 90-dan çox adam ölüb. General Abdel Fattah al Sissi dünən televiziya ilə müraciətində hərbi çevrilişə haqq qazandırıb və keçmiş prezident Mohammad Morsini səlahiyyətlərini aşmaqda günahlandırıb.

Prokurorluq 14 islamçı liderin həbsinə order verib/ Hərəkatın lideri Mohammad Badi də daxil olmaqla onların bank hesabları dondurulub.

Yeni seçkilərədək ölkəni müvəqqəti hökumət idarə edəcək.
XS
SM
MD
LG