Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:55

ABŞ səfirinin AzadlıqRadiosunun peyk yayımına müdaxilə ilə bağlı bəyanatı


Richard Morningstar və Kevin Klose AzadlıqRadiosunun Bakı bürosunda, 15 iyul 2013
Richard Morningstar və Kevin Klose AzadlıqRadiosunun Bakı bürosunda, 15 iyul 2013
-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosunun peyk yayımına siqnal müdaxiləsi ilə bağlı bəyanat verib. İyulun 15-də səfir Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Kevin Klose ilə birlikdə radionun Bakı ofisində olub.

Bəyanatda deyilir:

«Azadlıq Radiosunda yenidən olmaqdan şadam. Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifələrini icra edən Kevin Klose ilə burada olmaqdan məmnunam.

Bura gəlməzdən öncə Kevin və mən AzadlıqRadiosunun Azərbaycandakı uğurlu fəaliyyətini, habelə AzadlıqRadiosunun və Azərbaycan dilində fəaliyyət göstərən digər KİV-lərin işinə təsir edən son hadisəni müzakirə etmişik. Belə ki, KİV-lər peyk proqramlarının bəzilərinin Azərbaycan yayımında çətinliklərlə üzləşiblər.

Əvvəl də qeyd etdiyim kimi, AzadlıqRadiosu Azərbaycanın media mühitinə önəmli töhfələr verir. Onun xəbərləri Azərbaycanda obyektiv və müstəqil jurnalistika nümunəsi göstərir ki, bu, çox önəmlidir.

ABŞ hökuməti son məsələdən çox narahatdır və məsələni müzakirə etmək üçün AzadlıqRadiosu ilə əlaqə saxlayıb. AzadlıqRadiosunun mənə verdiyi məlumata əsasən, bu ilin aprelindən bəri radionun «Türksat» peyki ilə proqram yayımı siqnal müdaxilələrinə məruz qalıb. Mən bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etmişəm və onun həllinə hökumətin kömək göstərməsini istəmişəm. Seçki ilində Azərbaycan hökumətinin məlumatın vətəndaşlara sərbəst çatdırılmasını təmin etməsinə köməyi xüsusilə vacibdir.

Amerika Birləşmiş Ştatları Azərbaycanda media və ifadə azadlığını möhkəm dəstəkləyir. ABŞ bu azadlıqlara təminat verildiyinə əmin olmaq üçün Azərbaycan tərəfi ilə birgə çalışmağa hazırdır».
XS
SM
MD
LG