Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43
-

İyulun 15-də Nəsimi Rayon Məhkəməsi «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadənin həbs müddətinin 2 ay uzadılması haqda qərar verib.

Onun vəkili Nemət Kərimli AzadlıqRadiosuna deyib ki, təqdimatda əsas kimi İlkin Rüstəmzadənin qaçıb gizlənə, yenidən cinayət törədə, istintaqın gedişinə mane ola bilməsi və çağırışa gəlməməsi göstərilib. Buna görə də həbs müddətinin uzadılması istənib.

Vəkilin sözlərinə görə, göstərilən əsaslarla bağlı sübut təqdim olunmayıb. O, bunu qanun pozuntusu kimi dəyərləndirib.

Nemət Kərimli İlkin Rüstəmzadənin səhhətinin normal olduğunu da bildirib.

Bir müddət öncə gənc fəal səhhətində problemlər olduğuna görə Bakı İstintaq Təcridxanasının sanitar hissəsinə yerləşdirilmişdi.

İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə həbs edilib. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG