Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:37
Qubanın Xınalıq kəndində yaşayanların Rusiya ilə sərhədə yaxın ərazilərdə yerləşən yaylaqlara, biçənəklərə gediş-gəlişi çətinləşib. Onların deməsinə görə, buna səbəb Azərbaycan-Rusiya sərhəd zolağından 25-30 kilometr cənub-qərbdə post-keçid məntəqəsinin yaradılmasıdır. Bildirirlər ki, biçənək və tarixi yaylaqlara gedəndə adamlardan əsassız yerə sənəd tələb edirlər.

Xınalıq sakini Elnur Ağayev:

«Sərhəd zolağı həmin ərazidən 25 kilometr yuxarıda yerləşir. Sərhədçilər isə gəlib aşağıda dayanıb sənəd tələb edirlər. Soruşanda da, deyirlər burda dayanmalıyıq. Bizi sorğu-suala tuturlar. Deyirik, Xınalıq sakinləriyik, o tərəflərdə biçənəklərimiz, yaylaqlarımız var. Sənəd olmayanda incidirlər. Buraxılış vərəqəsi istəyirlər».

Kəndlilər deyirlər, bu vəziyyət 3 ildən çoxdur davam edir. Onların sözlərinə görə, əvvəllər Sərhəd Qoşunlarından vəd ediblər ki, post ərazidən yığışdırılacaq.

Dövlət Sərhəd Xidmətindən isə bildiriblər ki, Xınalıq kəndinin sakinlərinin barəsində danışdıqları ərazidə bir neçə il əvvəl Sərhəd Qoşunlarının yeni zastavası yaradıldığına görə ərazidə nəzarət postu qurulub.
XS
SM
MD
LG