Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Sumqayıtda hərbçi qətlə yetirilib


Azərbaycanda hərbçi qətlə yetirilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıtın «Yaşıl Dərə» bağlar massivində qeydə alınıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Mehman Arif oğlu Abdullayev yeznəsi, 1981-ci il təvəllüdlü Şahin Natiq oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Prokurorluqdan bildirilib ki, mərhum hərbçi olub. O, Qazaxda yerləşən hərbi hissələrdən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olub. M. Abdullayev bir neçə günlük məzuniyyətə gəlibmiş.

Hadisəni törədən Ş. Əliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
XS
SM
MD
LG