Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24

TQDK müraciətlərə baxılması üçün apellyasiya komissiyaları yaradıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası III qrup üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının bölmələr və variantlar üzrə düzgün cavablarını açıqlayıb.

Ötən gün 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

Bu il III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur.

Qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu arada TQDK-dan APA-ya bildiriblər ki, qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün apellyasiya komissiyaları yaradılıb.

İyulun 15-də TQDK-da dünənki qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətinə baxılacaq. Bu proses bir gün davam edəcək. Növbəti qəbul imtahanlarından sonra da TQDK-nın mütəxəssisləri test tapşırıqlarının məzmunu ilə bağlı vətəndaşların müraciətini və suallarını cavablandıracaq.

Test tapşırıqlarının məzmunu ilə bağlı I qrup üzrə iyulun 22-də, IV qrup üzrə iyulun 29-da, II qrup üzrə müraciətlərə baxılacaq. Avqustun 12-dən 14-dək digər müraciətlər cavablandırılacaq. Apellyasiya komissiyaları TQDK-ya yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG