Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

Qaradərili yeniyetməni güllələyən bəraət aldı


-
Birləşmiş Ştatlarda silahsız qaradərili yeniyetməni güllələyən şəxs bütün ittihamlardan azad olunub. Qadınlardan ibarət jüri şənbə günü George Zimmerman-a bəraət verib.

17 yaşlı Travyon Martin 2012-ci ilin fevralında Floridanın Sanford şəhərində güllələnib. Zimmerman Martin-ə gecə vaxtı davada özünümüdafiə məqsədilə güllə açdığını deyib. İttihamlar təsdiqlənsəydi, o, ömürlük həbs cəzası alacaqdı.

Martin qaradərili idi, Zimmerman isə özünü latın amerikalı kimi təqdim edib. Bu hadisə qaradərili amerikalıların hüquqları və Martin-in irqinə görə hücuma məruz qalması barədə suallar yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG