Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03
-
Türkiyənin “Ekovitrin” jurnalı rəy sorğusuna əsasən Azərbaycan prezidenti İlham Əliyevi “10 ilin dövlət adamı” seçib.
Mükafat iyulun 13-də İstanbulda Haliç Konfrans Mərkəzində təqdim olunub.
Bundan başqa aşağıdakı nominasiyalarda qaliblər elan olunub:
“Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” – Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
“10 ilin naziri” – Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım
“İlin xarici sərmayə yatırımı” –Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
“Ekovitrin” Media Qrupu idarə heyətinin sədri Kamuran Abacıoğlu bildirib ki, ötən on ildə qardaş ölkə Azərbaycan iqtisadi möcüzə göstərərək sürətlə inkişaf edib. “Azərbaycan Türkiyə kimi iqtisadiyyat nəhənginin daxilində - İzmirdə böyük Petkim layihəsini satın aldı və buraya 17,5 milyard dollarlıq sərmayə yatırdı. Bu, qürurverici bir nailiyyətdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə buradan salamlarımızı və ehtiramlarımızı göndəririk”.
Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Əli Həsənov tədbirdə çıxış edib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycan və Türkiyə Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başlayıblar.
“Ötən 10 il dünyaya çox şey verib. Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana verib. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırıb, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilib”.
Əli Həsənov Avrasiyanı təmsil edən 270 mindən artıq insanın “Ekovitrin”in bu sorğusuna qatılaraq səs verməsini həqiqəti tam əks etdirdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG