Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05

Malala Talibana görə tanınmaq istəmir


Malala Yousafzai BMT-də çıxış edərkən

Malala Yousafzai BMT-də çıxış edərkən

-
Malala Yousafzai deyir ki, Talibanın öldürmək istədiyi qız kimi deyil, “öz hüquqları uğrunda mübarizə aparan qız” kimi tanınmaq istəyir. 16 yaşlı bu pakistanlı qız bunu şənbə günü Pakistanın BMT-dəki missiyasında təşkil olunmuş qəbulda deyib.
Bir gün əvvəl isə Malala BMT-də çıxış edib. Ötən oktyabrda Taliban hücumçusu Malalanı başından yaralayıb. Səbəb onun qızların təhsilinin genişləndirilməsi üçün apardığı kampaniya olub.
Malala söyləyib ki, “bütün həyatını qızların təhsili uğrunda qurban verməyə hazırdır”. O, Taliban və digər islamçı ekstremistlərin “təhsilin əhəmiyyətini anlamadığını” sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG