Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41
-
Moskvada dünənki avtoqəzada azı 18 nəfər ölüb. Hazırda xəstəxanalarda 30 zərərçəkən var, onlardan 16-sının durumu ağırdır. Bu barədə Rusiyanın İnterfaks agentliyi xəbər verir. Rusiyanın Fövqəladə Hallar Nazirliyi qəzada 45 nəfərin xəsarət aldığını bildirir.
Hələ 14 nəfərin meyiti tanınmayıb, bu gün Moskvada bu proses davam edir.
Bazar ertəsi avtoqəza qurbanları üçün matəm günü elan olunub.
Hadisə Moskvanın Troitski dairəsində, Oznobşino kəndi yaxınlığında baş verib. İçində 41 nəfər olan avtobus çınqılla dolu KAMAZ-la toqquşub. Şahidlər avtobusun ikiyə bölündüyü deyirlər.
Hər iki sürücü xəstəxanadadır. Yük maşınının sürücüsünün keçmişdə də müxtəlif qəzalar törətdiyi bildirilir.
Rusiyada 2012-ci ildə yol hərəkəti qəzalarında 28.000 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG