Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Bağdadda məscidlərdə 20-dən çox adam ölüb


-
Şənbə günü axşam Bağdadda sünni məscidlərində bomba partlayışlarında 20-dən çox adam ölüb.
İlk partlayış Bağdadın cənubunda Dura məhəlləsində Khalid bin al-Walid məscidində olub, azı 16 nəfər ölüb. Rəsmilər bildirir ki, Bağdadın qərbində Mullah Hwesh məscidindəki ikinci partlayışda isə azı beş nəfər həlak olub.
Hələlik məsuliyyəti üzərinə götürən olmayıb. Bir gün əvvəl Kərkükdə intiharçının törətdiyi hücumda 40 nəfər ölmüşdü.
Ümumilikdə, aprelin əvvəlindən İraqda 2.600-dən çox adam oxşar hücumlarda həlak olub. Bütün bunlar ölkədə təriqətlərarası münaqişənin kəskinləşməsi sarıdan narahatlığı artırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG