Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:00

Minsk Qrupu Məmmədyarovla Nalbandyan-ın görüşündən razıdır


-
«ATƏT-in Minsk Qrupunun həmsədrləri Igor Popov (Rusiya), Jacques Faure (Fransa) və Ian Kelly (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk bu ilin iyun və iyul aylarında Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində bir sıra görüşlər təşkil ediblər».

apa-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyulun 13-də yaydığı birgə bəyanatda deyilir.


Açıqlamada bildirilir ki, həmsədrlər iyunun 6-da Londonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, iyunun 28-də isə Parisdə Ermənistan xarici işlər naziri Eduard Nalbandyan-la görüşüblər:

«Həmsədrlər və nazirlər sülh prosesinin mahiyyəti üzrə danışıqları davam etdiriblər. Tərəflər arasında gərginliyin azaldılması üçün səylərin davam etdirilməsi və cari ildə yüksək səviyyədə görüş üçün şəraitin yaradılması məsələlərini diqqətdə saxlayıblar. İyulun 12-də Vyanada həmsədrlərlə birgə baş tutan görüşdə isə iki ölkənin xarici işlər nazirləri bu məqsədlərə çatmaq üçün üzərilərinə götürdükləri öhdəliklərini təsdiqləyiblər. Onlar yaxın aylarda keçirilməsi nəzərdə tutulan danışıqların planını müzakirə ediblər. Bu gün (13 iyul) həmsədrlər ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin səfirlərinə görüşlərin nəticələri barədə məlumat veriblər. Həmsədrlər gələcək addımların müəyyən edilməsi üçün tərəflərlə sıx əməkdaşlıq edəcəklər».
XS
SM
MD
LG