Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24
-
AXCP Naxçıvan şöbəsi sədrinin müavini Həsən Şıxəliyev Culfa Gömrük Məntəqəsində təzyiqlə üzləşdiyini bildirir.

Partiya fəalının dediyinə görə, İran ərazisindən Naxçıvana keçərkən gömrük işçiləri onu saxlayaraq üzərində axtarış aparıblar:

«İyulun 12-də İran ərazisindən keçən avtobusla Bakıdan Naxçıvana qayıdırdım. Culfa gömrüyündə Azərbaycan tərəfi əşyalarımı yoxlayıb, pasportuma möhür vurub buraxdılar məni. Qapıdan çıxmaq istəyərkən bir nəfər mənə yaxınlaşdı, sənədlərimi əlimdən aldı və təkrar yoxlamadan keçməli olduğumu bildirdi. Keçdik bir otağa, məni soyundurub üstümü yoxladılar. Telefonumda yoxlama apardılar ki, kimlərnən danışıram. Dedilər ki, sən narkotik keçirirsən. Ayaqqabıma, corabıma kimi yoxladılar. Məni çoxlu sorğu-sual etdilər. Hiss etdim ki, məqsədləri məni aşağılamaqdır. Sonra məni ələ salmağa başladılar. Məni təxribata çəkməyə çalışırdılar. Təxminən iki saat sonra məni buraxdılar».

«GÖRÜNÜR, BU DA YENİ TƏZYİQ METODUDUR»

Həsən Şıxəliyev Culfa Gömrük Məntəqəsində başına gələnləri özünün siyasi fəaliyyəti ilə bağlayır:

«Mən baş verənləri özümə qarşı təzyiq sayıram. Həmin vaxt gömrükdə 100-ə yaxın adam var idi. Necə olur ki, 100 nəfərin içindən təkcə məni seçib üzərimdə axtarış aparırlar? Bu, siyasi sifarişdir. Seçkiöncəsi Naxçıvanda müxalifətçilərə müxtəlif metodlarla təzyiqlər olunur. Görünür, bu da yeni təzyiq metodudur».

Culfa Gömrük Məntəqəsindən Həsən Şıxəliyevə qarşı siyasi məqsədlə təzyiq olunması ilə bağlı deyilənləri təkzib etdilər. Məntəqədən onu da bildirdilər ki, gömrük işçiləri hər bir vətəndaşın üzərində qanuni axtarış apara bilərlər.

Bu günlərdə digər AXCP fəalı Zeynal BağırzadəCulfa Gömrük Məntəqəsində fiziki təzyiqlə üzləşdiyini bildirmişdi. O da özünə qarşı olan təzyiqi siyasi sifariş hesab edirdi.
XS
SM
MD
LG