Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

ATƏT-dən Azərbaycanda keçirilən seçkilərlə bağlı qərar


-
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisini izləmək üçün müşahidəçi missiyası yollayacaq.

Bu barədə ATƏT-in rəsmi internet səhifəsində bildirilib.

Məlumatda deyilir ki, hazırda DTİHB müşahidəçi missiyasının rəhbəri, missiya rəhbərinin müavini, politoloq, seçki, hüquq sahəsi, media üzrə analitiki və uzunmüddətli müşahidəçi koordinatoru vəzifələri üzrə xarici məsləhətçilər axtarır.

Seçiləcək namizədlərin iş müddəti müvəqqətidir və 8 həftə çəkəcək. Seçkilərin ikinci turuna ehtiyac olsa, onların işi daha 3 həftəyə uzadıla bilər. Namizədlər Azərbaycan istisna olmaqla, ATƏT-ə üzv ölkələrin vətəndaşları olmalı və 2013-cü ilin avqustunda tam hazır olmalıdırlar ki, tez bir zaman ərzində müşahidə aparılacaq ölkəyə uça bilsinlər.

Son müraciət tarixi 2013-cü il avqustun 4-dür.

Günün bütün mövzuları

XS
SM
MD
LG