Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:44
Pakistanlı tələbə qız Malala Yousafzai bu gün BMT-nin Gənclər Assambleyasında çıxış edib.

Bu gün onun 16 yaşı tamam olur və BMT bu günü Malala günü elan edib.

Ölkəsində qızların təhsil hüquqları uğrunda mübarizə aparaba Malala ötən ilin oktyabrında talibançıların hücumuna məruz qalıb və ölümdən möcüzə nəticəsində qurtulub. Başından ölümcül güllə yarası alan Malala əvvəlcə vətənində sonra isə Böyük Britaniyada müalicə olunub.

Malala çıxışında bildirib ki, talibançılar onu susmağa məcbur edə bilməyəcəklər. O beynəlxalq aləmi uşaqların təhsili uğrunda mübarizəni davam etdirməyə çağırıb.

Görüşdə BMT-nin baş katibi Ban Ki Moon və digər ölkə rəsmiləri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG