Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Jurnalistlərin VI qurultayında səsvermə «şparqalka»sı


İyulun 11-də Rəşid Behbudov adına mahnı teatrında Azərbaycan Jurnalistlərinin VI Qurultayı keçirilib. Qurultayda Mətbuat Şurasının sədri, qurumun İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi seçilib. Seçkidən bir epizodu təqdim edirik...

-
«Kiminsə əlində siyahının olması həmin siyahının ona verilməsi demək deyil».

Bunu videoya münasibət bildirərkən Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli deyib:

«Bu seçki qurultayıdır və insanlar normal şəkildə lobbiçilik edir. Məsələn, mən JUHİ-ni təmsil edirəm. Qurultaya qatılan əməkdaşımız adamlarla normal şəkildə söhbət edir. Tutalım, xahiş edirik bizim təşkilatın sədrinə səs verin ki, idarə heyətinə seçilsin. Ola bilsin, hansısa namizədin adamı belə bir təbliğat aparıb. Adam da orda qeyd götürür ki, kimə səs versin. Bu seçki prosesi üçün normal lobbiçilikdir. Burda pis nə var ki? Bunu kiminsə tapşırığı kimi qiymətləndirmək lazım deyil. Mən reportajı və orda verilən şərhləri yanlış sayıram. Bu, kütləni çaşdırmaq üçündür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG