Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

Mohammad Morsinin tərəfdarları Qahirədə etiraz aksiyasına çıxıb


Misirdə nümayiş

Misirdə nümayiş

Misirdə devrilmiş prezident Mohammad Morsinin 10 minlərlə tərəfdarı paytaxt Qahirədə etiraz aksiyasına çıxıb. Morsinin təmsil olunduğu Müsəlman qardaşları hərəkatının lideri Safwat Hegazi hərbçilərin təyin etdiyi müvəqqəti rəhbərliklə əməkdaşlıqdan imtina etməyə , bu hökuməti tanımamağa çağırıb.

Həmçinin Morsinin əlehdarları cümə namazından sonra tərəfdarlarını ayrıca mitinqlərə çağırıblar.

Müvəqqəti rəhbərlik hazırda yeni hökumət yaradır.Baş nazir əvəzi Hazem el Beblawi bazar və bazar ertəsi yeni kabinet yaradılması ilə bağlı danışıqlar aparacağını və çox güman ki, gələn həftə yeni hökumətin təsdiqlənəcəyini bildirib.

Yeni seçkilərədək ölkəni müvəqqəti hökumət idarə edəcək.

Misir ordusu bu yaxınlarda islamçı prezident Mohammad Morsini devirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG