Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

Nazarbayev hər yerdə onu axtarır


Nursulıtan Nazarbayev (sağda) və Mukhtar Ablyazov (solda)

Nursulıtan Nazarbayev (sağda) və Mukhtar Ablyazov (solda)

Qazaxıstan rəsmiləri 2009-cu ildən ölkədən qaçan bankir və hökumətin tənqidçisi Mukhtar (Muxtar) Ablyazovu tapıb həbs eləmək üçün bütün yollara əl atırlar. Ablyazovun harada olması hələ bilinmir. Bunu öyrənmək üçün Qazax hökuməti onun bütün yaxınlarını həbs eləməkdə israrlı görünür.

ARVADI VƏ AZYAŞLI QIZININ İTALIYADA HƏBSI
May ayının 29-da Ablyazovun İtaliyada yaşayan arvadı Alma Shalabayeva və 6 yaşlı qızı Aulanın qaldığı evə polis reyd keçirib və onları saxta sənədlərlə yaşamaq ittihamıyla həbs eləmişdi. Səhəri gün isə onları Qazaxıstana deportasiya etmişdilər.
Amma bu həftə İtaliya Baş naziri Enrico Letta nadir görülən bir gecədə həbs və deportasiya faktının araşdırılması üçün parlamentdə xüsusi komisisya yaradılmasına qərar verib. Çünki sonradan Ablyazovun xanımının vəkilləri məhkəməyə təqdim elədikləri sənədlərə görə, qadın və qızının Avropa Birliyində qanuni yaşayış izni var imiş.

SİYASİ MÜŞAVİRİN POLŞADA HƏBSİ
İyunun 12-də isə Qazaxıstan hökumətinin tələbi ilə Ablyazovun siyasi müşaviri Muratbek Ketebaev Polşada həbs olundu. Polşa polisində dindirilmədən sonra onun Qazaxıstna ekstradisiya tələbi rədd olundu və Ketebaev həbsdən buraxıldı.

CANGÜDƏNİN İSPANİYADA HƏBSİ

Eyni vaxtda Ablyazovun keçmiş cangüdəni və təhlükəsizlik xidmətinin şefi olan Aleksandr Pavlov İspaniyada həbs edildi. Pavlov burada siyasi sığınacaq üçün müraciət eləmişdi. Qazaxıstan hökuməti Pavlova qarşı maliyyə fırıldağı və terrorçuluq ittihamları irəli sürüb.
Onlar iddia edirlər ki, Pavlov və Ketebaev 2012-ci ilin martında Almatı şəhərində ictimai parklar və dövlət idarələrinə terror hücumları hazırlayıblarmış və son anda təhlükəsizlik xidməti bu hücumların qarşısını alıb.
Amma Pavlovun vəkilləri bildirirlər ki, bu ittihamlar quramadır və Nazarbayevin birbaşa sifarişinin nəticəsidir. Madriddəki vəkil Maria Costa Nuche deyir ki, “Qazaxıstan hökuməti Mukhtar Ablyazovu tutua bilmədiyindən ona yaxın olanların, arvadı və 6 yaşlı qızının, Muratbek Ketebaevin, cangüdəni Pavlovun ovuna çıxıblar. Pavlovsa bunların arasında siyasi fiqur olmadığından ən zəif halqa kimi görünür”.

37 yaşlı Pavlov 1995-ci ildən Ablyazovla çalışmağa başlayıb. O vaxt Ablyazov Qazaxıstanın Enerji, Sənaye və Ticarət nazirliyində çalışırdı.
Pavlovun vəkilləri deyir ki, əgər İspaniya onu Qazaxıstana təhvil versə orada yüz faiz müştəriləri işgəncə görəcək. Çünki , Qazaxıstanda əmindirlər ki, Pavlov Ablyazovun harada olduğunu bilir. Ekstradisiya ilə bağlı qərarı İspaniya məhkəməsi verəcək.

ABLYAZOVUN İSVEÇRƏDƏKİ QIZI

Ablyazovun İsveçrədə yaşayan böyük qızı Marina isə AzadlıqRadiosuna deyib ki, “Nazarbayev onun atasını sadəcə həbs etdirmək istəmir, hesablaşmaq istəyirlər. Onu girov zad saxlamayacaqlar, ələ keçirən kimi öldürəcəklər. Çünki atam, Nazarbayevin ən böyük və hələ də təhlükəli tək rəqibidir”.

QAZAXISTANIN ÖZÜNDƏ HƏBSLƏR
Xaricdə Ablyazovun yaxınlarını axtaran Qazaxıstan hökuməti ölkə daxilində də boş durmur. Ablyazoun həmtəsisçisi olduğu Alga partiyasının rəhbərliyini 2011-ci ilin dekabr ayında Zhanaozendə iğtişaşların təşkilində ittiham edirlər.

NAZARBAYEV ONA NİYƏ QƏZƏBLİDİR?
Nazarbayevin Ablyazovu niyə bu qədər axtarması isə başadüşüləndir. Çünki, Ablyazov məhz Nazarbayevin hakimiyyəti dövründə, SSRİ dağılandan sonra yüksək vəzifələr tutmaqla varlanıb. 1998-ci ildə isə heç bir özəlliyi olmayan Ablyazovu Nazarbayev nazir təyin edib və gələcəyin komandası arasında göstərib. Amma bir müddət sonra Ablyazov siyasi ambisiyalarını ortaya qoyub və müxalifətə yardımlar edib, Nazarbayevi hakimiyyətdən getməsi üçün fəaliyyət göstərib.

2002-ci ildə onu vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs etmişdilər. Amma 6 il həbs cəzası alan Ablyazovu 10 ay həbsdə yatandan azad elədilər. Nazarbayev bir daha siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə onu əfv elədi.

Bundan sonra BTA Bankın sədri kimi çalışan Ablyazov 6 il sonra yenə Nazarbaevin qəzəbinə tuş gəlib. 2009-cu ildə 6 milyard dolları mənimsəməkdə ittiham olunan Ablyazovun bankı müsadirə olunub, özü isə Britaniyaya qaçıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG