Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

NİDA-çı Məmməd Əzizovun Səbail rayon Məhkəməsinə qarşı şikayəti təmin olundu


Məmməd Əzizov

Məmməd Əzizov

-
Həbsdə olan NİDA-çı Məmməd Əzizovun şikayəti təmin edilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Fariz Namazlı məlumat verib:

«Məmməd Əzizov təqsirsizlik prezumpsiyasının pozulması barədə Milli Təhlükəsizlik Nazirliyi və AZTV barəsində Səbail rayon Məhkəməsində mülki iddia qaldırıb. Ona dəymiş maddi ziyana görə cərimə ödənməsini istənilmişdi. Səbail rayon Məhkəməsi bu məsələ ilə bağlı mülki iddiaya baxılmasının qanunsuz hesab edilməsi qərarını çıxarmışdı. Bu gün Bakı Apellyasiya Məhkəməsində Səbail rayon Məhkəməsinin çıxardığı qərardan verdiyimiz apellyasiya şikayətinə baxıldı. Məmməd Əzizovun özü prosesə gətirilməsə də, şikayət təmin edildi və iddia baxılması üçün yenidən Səbail rayon Məhkəməsinə göndərildi».

Mayda Məmməd Əzizovun vəkili məhkəməyə müraciət edib. O, MTN-nin AzTV-yə istintaq materiallarını ötürməsinin qanunsuz hesab olunmasını, 9 mart 2013-cü ildə AzTV-də yayımlanan süjetdə iddiaçının təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının tanınmasını, AzTV-nin «Xəbərlər» buraxılışında iddiaçıdan üzr istənilməsini xahiş edib.

Fariz Namazlı bildirib ki, Məmməd Əzizov ona vurulmuş mənəvi zərərin əvəzi kimi MTN-dən 5 min, AzTV-dən 5 min olmaqla cəmi 10 min manat təzminat ödənilməsini, eləcə də məhkəmə iclaslarında iddiaçının iştirakının təmin edilməsini istəyib.

Məmməd Əzizov martın 7-də həbs olunub. O, narkotik maddə saxlamaqda ittiham olunub. «Amnesty International» təşkilatı onu vicdan məhbusu elan edib və hakimiyyətdən onunla birgə digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

Hazırda NİDA-nın 7 üzvü həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG