Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

İmişlidə bir gündə 110 nəfərə iş üçün göndəriş verildi...


Vilyam Hacıyev

Vilyam Hacıyev

-
İyulun 12-də İmişli şəhərinin Mədəniyyət Sarayında növbəti «əmək yarmarkası» keçirildi. Tədbiri İmişli rayon Məşğulluq Mərkəzi təşkil etsə də, onun işinə İmişli rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri də qatılmışdı.

İştirakçılar qarşısında çıxış edən İmişli RİH başçısı Vilyam Hacıyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının rayonda uğurla həyata keçirildiyini, son 2 ildə yüzlərlə yeni iş yerinin açıldığını bildirdi:

«2012-ci ildə təkcə «Araz» quşçuluq fabrikində 400 nəfər işlə təmin olunub. Əhalinin böyük hissəsi kənd yerində yaşayır və burada əməkqabiliyyətli insanların hamısı məşğuldur. Ötən il ərzində təkcə şəkər zavoduna 500 min ton məhsul verilib».

«BİZ BAŞQA RAYONLARDAN TEXNİKA CƏLB ETMƏKLƏ İTKİLƏRİN QARŞISINI ALDIQ»

Vilyam Hacıyev bu il kombayn çatışmazlığına görə taxıl biçini zamanı fermerlərin üzləşdiyi problemə də toxundu:

«Biz başqa rayonlardan texnika cəlb etməklə ciddi itkilərin qarşısını aldıq. Bu günə olan məlumata görə, 18 min hektara yaxın sahədə biçin işi başa çatdırılıb, hər hektardan orta hesabla 29 sentner məhsul götürülüb».
21 müəssisədə 318 boş (vakant) iş yeri təklif olunur.

21 müəssisədə 318 boş (vakant) iş yeri təklif olunur.


İmişli rayon Məşğulluq Mərkəzinin direktoru Cahangir Əzizov isə yarmarkada təklifin əvvəlki vaxtlara nisbətən daha çox olduğunu dedi:

«21 müəssisədə 318 boş (vakant) iş yeri təklif olunur. İşəgötürənlərin 13-ü dövlət müəssisəsidir və onlarda 263 işçiyə ehtiyac var».

HƏKİM ÜÇÜN 143, TİBB BACISI ÜÇÜN 113 MANAT TƏKLİF OLUNURDU...

Dövlət müəssisələrində maaş aşağı idi. Məsələn, İmişli Mərkəzi Xəstəxanasında həkim üçün 143, tibb bacısı üçün 113 manat təklif olunurdu. Əksər vakant yerləri tutmağa müvafiq təhsilə, ixtisasa malik olma tələb olunduğu halda, iş axtaranların əksəriyyəti orta təhsilli idi. Buna görə də yarmarkada daha çox «Azərsun Holdinq»in İmişlidəki şəkər istehsalı zavoduna maraq göstərilirdi. Burada isə 9 fəhlə yeri boş olduğu bildirilirdi. Teymur Rzayev

Teymur Rzayev

Şirkət təmsilçiləri fürsətdən istifadə edərək, yarmarkaya istehsal etdikləri məhsulları da çıxarmışdılar.

İmişli rayonunun Telişli kəndindən olan Teymur Rzayevin işi düzəldiyindən üzü gülürdü:

«2 ay əvvəl Məşğulluq Mərkəzində işə ehtiyacı olan kimi qeydə alınmışdım. Bu yarmarkada mənə şəkər zavoduna göndəriş verildi».

Amma həmsöhbətimiz təklif olunan iş və onun maaşı barədə hələlik məlumatsız olduğunu dedi.

«8 AYDIR İŞ TAPA BİLMİRƏM»

İmişli şəhər sakini İlham Nəcəfov vaxtilə Xalq Təsərrüfatı İnstitutunu bitirdiyini, lakin işsiz qaldığını deyir: İlham Nəcəfov

İlham Nəcəfov


«İndiyədək müxtəlif idarə və təşkilatlarda işləmişəm. Amma 8 aydır İmişlidə özümə iş yeri tapa bilmirəm. Həyat yoldaşım işləmir, 3 uşağımız var, ailəmiz II qrup əlil olan atamın 100 manatlıq pensiyasına baxır. Bu yarmarkada da ixtisasıma uyğun iş təklif olunmadı. Bircə şəkər zavodunda fəhləlik etmək qalır, orada da bir yerə görə on nəfərə göndəriş verilib».

«GÖNDƏRİŞLƏ GEDƏNLƏRİ İŞLƏ TƏMİN ETMƏKDƏ MÜƏSSİSƏLƏR MÜSTƏQİL QƏRAR QƏBUL EDİR»

Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Namiq Əhmədov yarmarkada iştirak edən 110 nəfər iş axtarana göndəriş verildiyini dedi:

«Bu, hələ o qədər sayda adamın işlə təmin olunması demək deyil. Göndərişlə gedənləri işlə təmin edib-etməməyə müəssisələr müstəqil qərar verir. Onlardan imtina olunarsa, bunun səbəbi yazılı surətdə və əsaslandırılmış şəkildə bildirilməlidir».

Mərkəz əməkdaşı əvvəlki yarmarkalarda göndəriş verilənlərin 90%-inin işə götürüldüyünü də vurğuladı.

İmişli rayonunda Məşğulluq Mərkəzinə müraciət etməyən işsizlərin də olduğu bildirilir.
XS
SM
MD
LG