Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

Edward Snowden beynəlxalq hüquq müdafiəçilərini görüşə çağırıb


Edward Snowden

Edward Snowden

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden yerli və beynəlxalq hüquq müdafiəçilərini Moskvanın Şerementiyeva hava limanında görüşə çağırıb.

ABŞ Snowdeni casusluqda ittiham edir. O iyunun 23-də Honkonqdan Moskvaya gəlib və hazırda onun tranzit zonada olduğu güman edilir.

Rusiyanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi Vladimir Lukin onunla görüşməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, Sowden öz ölkəsindən qaçqın düşdüyündən Beynəlxalq Qırmızı Xaç komitəsi və BMT-nin insan haqları üzrə ali komisarlığı ona kömək edə bilərlər.
Amnesty İnternational təşkilatının Rusiya bölməsinin rəhbəri Sergei Nikitin isə Azadlıq Radiosuna müsahibəsində deyib ki, ABŞ hökuməti insan haqlarının pozulması barədə məlumat yayan kimsənisə təqib etməməlidir.

ABŞ Dövlət katibinin müavini William Burns isə dünən bildirib ki, Çinin Sowdeni Honkonqdan geri qaytarmaması Vaşinqtonu təəssüfləndirib və dünya ölkələri bu cür məsələlərdə birbaşa əməkdaşlıq etməlidirlər.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Snowden Birləşmiş Ştatlarda gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG