Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:51

TQDK qəbul planı artırılan ali məktəblərin siyahısını açıqlayıb


TQDK
TQDK
-

Azərbaycanda bu il plan yerlərinin sayı artırılan ali məktəblərin adı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədrinin müavini Namiq Babayev iyulun 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, ən böyük artım Azərbaycan Diplomatik Akademiyasındadır. Burada 2012-ci ildə qəbul planı 163 idisə, bu il 300 olub. Bununla, ali məktəbdə qəbul planı 87,50 faiz artıb.

Bundan sonra dövlət ali məktəblər arasında ən çox qəbul planı Azərbaycan Milli Konservatoriyasında, Mədəniyyət və İncəsənət Universitetində, Müəllimlər İnstitutunda, Bakı Dövlət Universitetində, özəl ali məktəblərdən isə Bakı Avrasiya Universitetində, Bakı Qızlar Universitetində, Bakı Asiya Universitetində qeydə alınıb.

N. Babayev qeyd edib ki, bəzi ali təhsil müəssisələrində qəbul plan yerlərinin sayı nisbətən azaldılıb. Onun sözlərinə görə, ötən ilə nisbətən Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyası, Azərbaycan Dillər Universitetində qəbul planında, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında azalma olub. Özəl universitetlər arasında isə plan yerlərində azalma olmayıb.

TQDK sədrinin müavini qeyd edib ki, ümumilikdə bu il Azərbaycanın ali məktəblərindəki qəbul planı artırılıb. Belə ki, 2012-ci ildə 34 098 plan yerindən bu il 36 537-yə qalxıb.

Qruplar üzrə ən çox artım III qrup üzrə qeydə alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG