Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

İrlandiyada ilk dəfədir aborta icazə verilir


İrlandiyada aborta etiraz olaraq keçirilən aksiya, 10 iyul

İrlandiyada aborta etiraz olaraq keçirilən aksiya, 10 iyul

-

İrlandiya Parlamenti ilk dəfədir müəyyən şərtlər altında aborta icazə verib. Aylardır katolik ölkəsində bu mövzu ətrafında qızğın müzakirələr gedirdi.

Qanuna görə, aborta yalnız həkim hamilə qadının həyatının təhlükədə olduğu qənaətinə gəldiyi halda icazə verilə bilər.

İrlandiya Baş Naziri Enda Kenny-nin hökuməti ötən il bir irland qadının qan zəhərlənməsi nəticəsində yaşamını itirməsindən sonra bu qanun layihəsini hazırlayıb.

Katolik mühafizəkarlar Kenny-nin partiyasını 2011-ci ildə seçki kampaniyası zamanı abortu qanuniləşdirməmək haqda vədinə əməl etməməkdə ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG