Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Talibanın başından yaraladığı Malalanın BMT-də çıxışı gözlənilir


Malala Yousafzai

Malala Yousafzai

-

Pakistanda Talibanın başından ölümcül yaraladığı ictimai fəal şagird Malala Yousafzai iyulun 12-də BMT-nin Gənclər Assambleyasında çıxış edəcək. O, çıxışında diqqəti uşaqların təhsilinə çəkəcək.

Tədbirdə BMT Baş katibi Ban Ki-moon və BMT-nin qlobal təhsil üzrə səfiri, Britaniyanın sabiq baş naziri Gordon Brown-la yanaşı 85 ölkədən 500-ə yaxın gənc liderin iştirakı gözlənilir.

«Dpa» agentliyinin məlumatına görə, BMT iyulun 12-ni «Malala günü» elan edib. Bu gün yeniyetmə qızın 16-cı doğum gününə təsadüf edir.

Malala Yousafzai keçən ilin oktyabrında Pakistanda çiynindən və başından ölümcül yaralanmışdı. Britaniya hökumətinin dəstəyi ilə bu ölkəyə götürülən Malala-nın həyatını xilas etmək mümkün olub. Talibanın Pakistan bölməsi gənc qıza hücuma görə məsuliyyəti boynuna götürüb.

Malala Yousafzai 2009-cu ildə BBC üçün bloqlar yazır, ölkəsində qız uşaqlarının təhsil almalarına yaradılan problemləri tənqid edirdi.

Pakistan hökuməti Malala-nın atasına da Britaniyada diplomatik işdə vəzifə verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG