Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

Azərbaycanda ilk qəbul imtahanı iyulun 14-də keçiriləcək


TQDK
TQDK
İyulun 14-də Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.

TQDK-nın sədr müavini Namiq Babayev-in Trend-ə verdiyi məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçiriləcək.

III qrupa ümumilikdə 29 minə yaxın abituriyent ərizə təqdim edib. Abituriyentlərin 74 faizə yaxını qızlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. 179 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
XS
SM
MD
LG