Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Prezident Yevlaxa 3 milyon manat ayırdı


Prezident Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Sərəncama görə, Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolu tikilməlidir. Tikinti məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılılıb.

Bu məbləğ 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.

Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir. Bu məntəqələrdə ümumilikdə 8 min əhali yaşayır. /AzərTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG