Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Amnesty İnternational Magnitsky barəsində hökmü cəfəngiyyat adlandırıb


Amnesty International logo

Amnesty International logo

Amnesty İnternational təşkilatı Hermitage Capital fondunun mərhum hüquqşünası Sergei Magnitsky barəsində məhkəmə hökmünü tam cəfəngiyyat adlandırıb. Təşkilatın Rusiyadakı nümayəndəliyinin rəhbəri Sergei Nikitin bildirib ki, bu bir daha Rusiyanın məhkəmə sistemində dərin problemlər olmasından xəbər verir.

Moskva məhkəməsi bu gün Sergei Magnitskini vergidən yayınmaqda təqsirli bilib.
İstintaqın gəldiyi nəticəyə görə Magnitsky fondun rəhbəri William Browderin göstərişi ilə vergidən yayınmaq üçün xüsusi sxem hazırlayıb və nəticədə dövlətə 522 milyon rubl ziyan dəyib.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. Müdafiə tərəfi onun döyülərək, Rusiya hakimiyyəti isə ürək tutmasından öldüyünü deyir.

Fond hesab edir ki, o Rusiyada böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG