Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

MSK1


.

MSK ÜZVÜ NECƏ SEÇİLİR?


Azərbaycanın Seçki Məcəlləsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) 18 nəfərdən ibarətdir.

Onlardan 6-nın namizədliyini parlamentdə çoxluq təşkil edən partiya, 6-nı parlamentdə azlıqda olan siyasi partiyalar, 6-nı isə parlamentdəki birətəf deputatlar irəli sürürlər.

Həmçinin MSK üzvü olan şəxslərin namizədliyini hansısa partiya versə də, o Milli Məclisdə bu vəzifəyə təsdiq olunandan dərhal sonra mənsub olduğu partiyanı tərk etməlidir. Yəni, MSK üzvü heç bir partiyaya üzv ola bilməz.

Bununla belə, MSK üzvləri onların namizədliyini irəli sürmüş qrupun maraqlarını təmsil edirlər.

Odur ki, MSK üzvü olan şəxslər formal olaraq öz partiyalarından çıxırlar. Amma reallıqda onların siyasi mənsubiyyətləri qalır.



HAKİMİYYƏT MSK-DA ÇOXLUĞU NECƏ ƏLDƏ EDİR - HESABLA

Başqa bir reallıq odur ki, həm parlamentdə, həm də MSK-da “bitərəflər” kimi təqdim olunan şəxslərin həqiqətən də bitərəf olmalarına faktiki olaraq heç kim inanmır.

Onlar çıxışlarında hakim siyasi kursu YAP üzvü olanlar qədər ardıcıllıq və inadkarlıqla müdafiə edirlər.

Bununla da hakimiyyət MSK-da avtomatik olaraq 18 səsdən 12-i əldə edir.

Bundan savayı, Milli Məclisdə azlıqda olan partiyaların, eləcə də onların MSK-ya göndərdikləri namizədlərin hakimiyyətin siyasi kursunu müdafiə edən çıxışları artıq heç kimi təəccübləndirmir.

Nəticədə də MSK-da hakim YAP-ın maraqlarına uyğun qərarlar bir qayda olaraq böyük səs çoxluğu ilə qəbul edilir.

Hakim partiya 18 MSK üzvündən bir qayda olaraq 15-16-nın səsini rahatlıqla təmin edir.



MSK-DA HAMININ BƏRABƏR TƏMSİL OLUNMASI FİKRİ DAHA YADDAN ÇIXIB?

Müxalifət və müstəqil dairələrdən MSK-nın tərkibinin bərabər əsaslarla təşkil edilməsi tələbləri tez-tez gündəliyə gətirilsə də hakimiyyət qətiyyətlə bundan imtina edir.

Beləliklə, bu ilin oktyabrında prezident, 2014-cü ildə bələdiyyə və 2015-ci ildə parlament seçkilərini təşkil edəcək heyəti - MSK üzvlərini tanıdaq.
XS
SM
MD
LG