Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:24

«Naxçıvanda ot biçə bilən təcili tibbi yardım maşını»


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 04.07.2013

«Naxçıvanda istehsal olunan yeni universal avtomaşının ayrı-ayrı sahələr üzrə sınaq yoxlamalarına başlanılmışdır»

2013-cü ilin mart ayında bu layihə uğurla başa çatdırılmış, Naxçıvanda universal avtomaşının ilk nümunəsi istehsal edilmişdir. Dünya bazarında 150 min avro dəyərində qiymətləndirilən universal avtomaşının analoqunun Naxçıvanda istehsal edilməsi mühüm hadisədir və sənaye sahəsində əldə edilən yüksək nailiyyətlərdəndir. Uzunluğu 4 metr 90 santimetr, eni və hündürlüyü 2 metr 80 santimetr olan avtomaşının ümumi ağırlığı 2 ton 850 kiloqramdır. 100 HB at gücü olan və 3000 CC turbo-mühərriklə təmin olunmuş avtomaşın dizel yanacağı ilə işləyir. Yanacaq çəninin tutumu 148 litr, yanacaq sərfi 100 kilometr-saatda 10 litr olan yeni universal avtomaşın yaz və qış mövsümlərində tırtılları dəyişdirilməklə müxtəlif hava şəraitində yüksək manevr etmək imkanlarına malikdir.

Yüksək texniki göstəricilərə malik universal avtomaşından müxtəlif qoşqular əlavə edilməklə kənd təsərrüfatı sahəsində otbiçən, kultivator, gübrəsəpən, dərmanlayan, toxumsəpən, kipvuran, hərbi hissələrdə şəxsi heyətin daşınması, hava hücumundan müdafiə, yol təsərrüfatında qarsovuran, qarkürəyən, yolduzlayan, fövqəladə hallarla əlaqədar yanğınsöndürən, 2-4 tonluq teleskopik kran, nərdivanlı su və köpükvuran, eləcə də təcili yardım maşını kimi istifadə olunacaqdır. Hazırda ayrı-ayrı sahələrdə istifadə olunacaq qoşquların hazır¬lanması istiqamətində işlər davam etdirilir. Ot biçini üçün nəzərdə tutulan qoşqunun hazırlanması prosesi başa çatdırılmış, Pircüvar massivində sınaq-yoxlama məqsədilə ot biçini aparılmışdır. Hazırda qış mövsümündə avtomobil yollarının qardan, buzdan təmizlənməsi, yollara duz səpilməsi məqsədilə istifadə olunacaq qoşquların hazırlanması istiqamətində işlər davam etdirilir.

«Bu ilin ilk altı ayında 92 obyektdə nəzarət-kassa aparatları quraşdırılıb»

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, bu ilin ilk altı ayında nazirlik və onun yerli vergi orqanları tərəfindən operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 54 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Operativ nəzarət tədbirləri zamanı 17 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 16 vergiödəyicisi tərəfindən isə xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Məlumatda o da bildirilib ki, 4 vergiödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 11 vergiödəyicisinin xüsusi razı¬lıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 3 vergiödəyicisində aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları qeydə alınıb. Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 3 belə hal aşkara çıxarılıb və müvafiq tədbirlər görülüb. Bundan başqa, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 16 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövrlərlə müqayisədə 21 min 939 manat dövriyyə artımına nail olunub.
XS
SM
MD
LG