Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Prezident seçkilərində son söz bu 18 nəfərin olacaq


-

MSK1

.

MSK ÜZVÜ NECƏ SEÇİLİR?


Azərbaycanın Seçki Məcəlləsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) 18 nəfərdən ibarətdir.

Onlardan 6-nın namizədliyini parlamentdə çoxluq təşkil edən partiya, 6-nı parlamentdə azlıqda olan siyasi partiyalar, 6-nı isə parlamentdəki birətəf deputatlar irəli sürürlər.

Həmçinin MSK üzvü olan şəxslərin namizədliyini hansısa partiya versə də, o Milli Məclisdə bu vəzifəyə təsdiq olunandan dərhal sonra mənsub olduğu partiyanı tərk etməlidir. Yəni, MSK üzvü heç bir partiyaya üzv ola bilməz.

Bununla belə, MSK üzvləri onların namizədliyini irəli sürmüş qrupun maraqlarını təmsil edirlər.

Odur ki, MSK üzvü olan şəxslər formal olaraq öz partiyalarından çıxırlar. Amma reallıqda onların siyasi mənsubiyyətləri qalır.



HAKİMİYYƏT MSK-DA ÇOXLUĞU NECƏ ƏLDƏ EDİR - HESABLA

Başqa bir reallıq odur ki, həm parlamentdə, həm də MSK-da “bitərəflər” kimi təqdim olunan şəxslərin həqiqətən də bitərəf olmalarına faktiki olaraq heç kim inanmır.

Onlar çıxışlarında hakim siyasi kursu YAP üzvü olanlar qədər ardıcıllıq və inadkarlıqla müdafiə edirlər.

Bununla da hakimiyyət MSK-da avtomatik olaraq 18 səsdən 12-i əldə edir.

Bundan savayı, Milli Məclisdə azlıqda olan partiyaların, eləcə də onların MSK-ya göndərdikləri namizədlərin hakimiyyətin siyasi kursunu müdafiə edən çıxışları artıq heç kimi təəccübləndirmir.

Nəticədə də MSK-da hakim YAP-ın maraqlarına uyğun qərarlar bir qayda olaraq böyük səs çoxluğu ilə qəbul edilir.

Hakim partiya 18 MSK üzvündən bir qayda olaraq 15-16-nın səsini rahatlıqla təmin edir.



MSK-DA HAMININ BƏRABƏR TƏMSİL OLUNMASI FİKRİ DAHA YADDAN ÇIXIB?

Müxalifət və müstəqil dairələrdən MSK-nın tərkibinin bərabər əsaslarla təşkil edilməsi tələbləri tez-tez gündəliyə gətirilsə də hakimiyyət qətiyyətlə bundan imtina edir.

Beləliklə, bu ilin oktyabrında prezident, 2014-cü ildə bələdiyyə və 2015-ci ildə parlament seçkilərini təşkil edəcək heyəti - MSK üzvlərini tanıdaq.

NAMİZƏDLİYİ YAP-DAN VERİLƏNLƏR
Namizədliyi parlament çoxluğu olan Yeni Azərbaycan Partiyasından verilən MSK üzvləri​:
Məzahir PƏNAHOV
1951-ci ildə anadan olub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci ildən MSK-nın sədridir.
Şaitdin ƏLİYEV
1947-ci ildə anadan olub. Keçmiş deputat hazırda MSK-nın sıravi üzvüdür.
Fuad CAVADOV
1957-ci ildə anadan olub. Hüquq elmləri doktorudur. MSK-nın sıravi üzvüdür.
Ramiz İBRAHİMOV
1951-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
Validə KAZIMOVA
1949-cu ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
Qabil ORUCOV
1976-cı ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
BİTƏRƏFLƏRİN TƏMSİLÇİLƏRİ
Namizədliyi parlamentdəki bitərəf deputatlar tərəfindən verilən MSK üzvləri:
Natiq MƏMMƏDOV
1966-cı ildə anadan olub. Hüquqşünasdır. MSK sədrinin müavinidir.
Arifə MUXTAROVA
1976-cı ildə anadan olub. Hüquqşünasdır. MSK-nın katibidir.
Tofiq HƏSƏNOV
1971-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
İlham MƏMMƏDOV
1961-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
Nizami NADİROV
1947-ci ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
Azər TAĞIYEV
1948-ci ildə anadan olub. Vəkillər Kollegiyasının sədri, MSK-nın sıravi üzvüdür.

PARLAMENT AZLIĞININ TƏMSİLÇİLƏRİ

Namizədliyi parlamentdə azlıqda olan siyasi partiyalardan verilən MSK üzvləri:

Mikayıl RƏHIMOV
1962-ci ildə anadan olub. İnşaat mühəndisi və iqtisadçıdır. MSK-nın katibidir.
Tamam CƏFƏROVA
1959-cu ildə anadan olub. Tarixçidir. MSK-nın sıravi üzvüdür.
Bəxşeyiş ƏSGƏROV
1963-cü ildə anadan olub. Hüquqşünasdır. MSK-nın sıravi üzvüdür.
Almas QƏHRAMANLI
1961-ci ildə anadan olub. Elektrik-rabitə mühəndisidir. MSK-nın sıravi üzvüdür.
Akif QURBANOV
1981-ci ildə anadan olub. Həkimdir. MSK-nın sıravi üzvüdür.
Etibar QULİYEV
1963-cü ildə anadan olub. İnşaat mühəndisidir. MSK-nın sıravi üzvüdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG