Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:11
Moskva məhkəməsi Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskini vergidən yayınmaqda təqsirli bilib.İstintaqın gəldiyi nəticəyə görə Magnitsky fondun rəhbəri William Browderin göstərişi ilə vergidən yayınmaq üçün xüsusi sxem yaradıb və nəticədə dövlətə 522 milyon rubl ziyan dəyib.

Həmçinin məhkəmə Browderə 9 il qiyabi iş kəsib.Əslən ABŞ-dan olan Browder hazırda Böyük Britaniyada yaşayır. Rusiya onu beynəlxalq axtarışa versə də İnterpol onu siyahıya salmaqdan imtina edib.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.Müdafiə tərəfi onun döyüldüyünü və tibbi yardım göstərilmədiyini deyir.Həmçinin Kremildəki insan haqları şürası onun döyülməsi barədə dəlillər göstərib.Rusiya hakimiyyəti isə isə ittihamı rədd edir, onun ürək tutmasından öldüyünü təkid edir.

Fond hesab edir ki, o Rusiyada böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Magnitskynin ölümü beynəlxalq aləmin etirazına səbəb olub. ABŞ buna görə bir sıra Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG