Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59

Naxçıvana uçmağa təyyarə çatmır


İyulun 11-də saat 14.00-da yerinə yetirilməli olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Həmin reysə bileti olan vətəndaşlar «APA-Economics»ə bildirib ki, qeydiyyatına saat 12.00-da başlanmalı olan uçuşun saat 18.00-da baş tutacağı bildirilib.

«AZAL»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə deyib ki, 253-cü Bakı-Naxçıvan aviareysinin ləngiməsinə təyyarə çatışmazlığı səbəb olub:

«Bizim bu günə təyin olunmuş bütün uçuşlarımız öz qaydasında həyata keçirilib. Yalnız 253-cü Bakı-Naxçıvan aviareysi təyin olunduğu vaxtdan gec uçmalı olub. Bu isə təyyarə çatışmazlığı ilə əlaqədardır. Hazırda İstanbulda olan təyyarə geri qayıdan kimi bu istiqamət üzrə aviareysi həyata keçirəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG