Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:28

Jurnalist Nicat Dağların səhhəti nisbətən yaxşılaşıb


Nicat Dağlar
Nicat Dağlar
İyulun 11-də səhər satlarında Tbilisidə müalicə olunan jurnalist Nicat Dağların vəziyyəti pisləşsə də hazırda səhhəti normallaşıb. Bu barədə AzadlıqRadiosuna jurnalistin qayını, hazırda Nicatın yanında olan Məqsəd Rəhimov verib:

«Səhər tezdən burnundan iki dəfə qan açılıb, həkimlərin müdaxiləsi nəticəsində qanaxmanın qarşısı alınıb. İndi vəziyyəti nisbətən yaxşıdır. Dövlət hesabına xərclərinin ödənəcəyi xəbərini eşidəndən ruhlanıb. Biz bu gecə Gəncəyə qayıtmağı planlaşdırırıq. 1-2 gün Gəncədə qalandan sonra xaricə, hara məsləhət bilsələr ora aparacağıq».

M. Rəhimov Mediaforum saytına bildirib ki, Nicat 10 gün ərzində lazım olan iki müayinədən mütləq keçməlidir. Dünən sümük iliyindən analiz götürülüb. Analizin cavabından xəstəliyinin leykozun hansı forması olduğu bilinəcək.

«Bütün ailəmizin adından cənab prezidentə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm ki, bu çətin anda müraciətlərə dərhal reaksiya verdi, Nicatın sağlamlığı ilə şəxsən maraqlandı, lazımi orqanlara göstəriş verdi və bütün müalicə xərclərini öz boynuna götürdü. Artıq Prezident Administrasiyasından, digər aidiyyəti orqanlardan bizimlə əlaqə saxlayıblar, bizdən cavab gözləyirlər. Nicatın müalicəsini öhdəsinə götürə biləcək məşhur klinikalarla danışıqlar aparılır».

İyulun 11-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə deyib ki, prezident İlham Əliyev Nicat Dağların müalicəsi ilə bağlı səslənən fikriləri eşidən kimi dərhal tapşırıq verib.

«Düşünürük ki, bu günlərdə Nicat Dağların müalicəsi ilə bağlı bütün məsələlər cənab prezidentin təşəbbüsü ilə dövlət hesabına həyata keçiriləcək».
XS
SM
MD
LG