Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:17

Henry Miller ilk dəfə Azərbaycan dilində


-

Amerikan yazar Henry Valentine Miller-in “Cənnətdə bir İblis” romanı Alatoran Yayınları seriyasından nəşr olunub.

Bu əsər dünya ədəbiyyatı tarixində mühüm yeri olan və 20-ci əsr ədəbiyyatının inkişafına güclü təsir göstərmiş yazıçının Azərbaycan oxucusu ilə ilk görüşüdür. Əsəri ingiliscədən Rəşad Səfər tərcümə edib.

Henri Millerin intellektual-erotik romanlarının əsasında onun müharibədən sonrakı özbaşınalıq illərinə təsadüf edən öz şəxsi həyatı durur və bu əsərlər nəşr olunduğu zamanlarda böyük skandallara səbəb olub.

Henri Miller 1891-ci ildə Nyu-Yorkda, alman əsilli bir dərzinin ailəsində doğulub. Uşaqlığı yoxsulluq içində Bruklində keçir. Məktəbi bitirdikdən sonra “City College”ə qəbul olunsa da, təhsilini yarımçıq buraxaraq universiteti tərk edir. Ən müxtəlif işlərdə çalışır. Barmenlikdən tutmuş jurnalistliyə qədər. Gənclik illərində Selin, Rable, Dostoyevski, Uolt Uitman, D.H. Laurens, Cek London kimi yazarları oxuyaraq dərindən mənimsəyir. Daha sonra isə özünəməxsus yazı üslubunu yaradır.

20-ci illərin sonunda ikinci arvadı Cyun Mansfildlə Avropaya doqquz aylıq səyahət edir. Daha sonra yenidən Parisə qayıdır və 1930-38-ci illərdə orada yaşayır. Parisdə dövrün ciddi ədəbiyyat və sənət adamları ilə yaxından tanış olur. Təxminən onillik yazarlıq mücadiləsindən sonra, 1934-cü ildə ilk kitabı “Xərçəng tropiki” Parisdə çap olunur. Kitabın çap olunmasında yazar Anais Ninin böyük yardımı olur. “Xərçəng tropiki” uzun müddət ABŞ-da, İngiltərədə və digər ölkələrdə qadağan olunur.

1939-40-cı illərdə Yunanıstanda yaşayır. 40-cı illərin əvvəlində ABŞ-a qayıdaraq Kaliforniyada Böyük Sur adlanan regiona yerləşir. Burada “Böyük Sur və Hironimus Boşun portağalları” adlı üç hissədən ibarət kitabını nəşr etdirir. Kitabın üçüncü hissəsi olan “İtirilmiş cənnət” daha sonra “Cənnətdə bir İblis” adı ilə ayrıca kitab şəklində nəşr olunur. Digər əsərlərinə münasibətdə fərqli bir üslubda yazılmış “Cənnətdə bir İblis” insan xarakterinin təsvir edilməsi baxımından Henri Millerin ən yaxşı əsəri hesab olunur.

Henri Miller 1980-ci ildə vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG