Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26
-

Bostonda törədilən partlayışda günahlandırılan Dzhokhar Tsarnaev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Boston Federal Məhkəməsində ilk dəfə hakim qarşısına çıxan 19 yaşlı etnik çeçen Tsarnaev özünü təqsirli saymayıb.

Ona qarşı terrorçuluq da daxil olmaqla 30 maddə üzrə ittiham irəli sürülüb. Cinayətin baş verdiyi Massamçuset ştatının qanunlarında ölüm hökmü yoxdur. Lakin ittihamçı tərəf kimi ABŞ-ın federal qurumları çıxış etdiyindən Tsarnaevə ölüm hökmü kəsilə bilər.

Məhkəmədə zərərçəkənlərlə yanaşı Tsarnaev-in bacıları da iştirak edib. Məhkəmə binasının qarşısına yığışan bir qrup isə Dzhokhar Tsarnaev-in günahsız olduğunu bildirib, onun azad olunması tələbi ilə aksiya keçirib.

Aprelin 15-də 23 min adamın iştirakı ilə keçirilən Boston marafonunda finiş xəttinin yaxınlığında iki partlayış olmuşdu. Həmin partlayışda 3 nəfər ölmüş, 260-dan çox adam yaralanmışdı.

Partlayışdan sonra keçirilən əməliyyat nəticəsində şübhəli Tamerlan Tsarnaev öldürülmüşdü, qardaşı Dzhokhar Tsarnaev isə ağır yaralı vəziyyətdə həbs olunmuşdu. 2 ay yarımdır ki, ağır yaralı həbsxana xəstəxanasında qalır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG