Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19
-

MEHRİBAN ƏLİYEVANIN TƏRƏFDARLARI SEÇKİ BLOKU YARADIR

Bu haqda «Azadlıq» qəzeti yazır:

«Bir neçə gün öncə mətbuatda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləyən daha iki partiyanın adı açıqlandı. Məlum oldu ki, Demokratik Azərbaycan Dünyası Partiyasından ( DADP ) sonra Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov) qarşıdan gələn prezident seçkilərində Mehriban Əliyevanı dəstəkləyəcəklər. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən məlum olub ki, Mehriban Əliyevanın namizədliyini dəstəkləyən partiyalar vahid seçki bloku yaradaraq, birgə fəaliyyət göstərmək barədə düşünürlər: «Hər bir partiya öz seçimində azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz», deyə Kamil Seyidov bildirib.

Mehriban Əliyeva hələ namizədlik məsələsinə münasibət bildirməyib.

ELŞAD ABDULLAYEV YENİ SENSASİYALARIN ANONSUNU VERDİ

«Yeni Müsavat» qəzeti yazır ki, Fransada universitet açan sabiq rektor deyib ki, «seçki ərəfəsində məmurların videosu yayılacaq».

Elşad Abdullayev qəzetə müsahibəsində Avropa Beynəlxalq Universitetini yaratdığını, bununla bağlı hüquqi sənədləri müvafiq qurumlara verdiyini deyib.

Yayılacaq yeni videolarla bağlı isə deyib ki, «biz hələ jurnal vermişik, kino göstərməmişik ki».

Elşad Abdullayev deyib ki, «seçki ərəfəsində daha iri ranqlı məmurların video görüntüləri yayılacaq. Bizim indi əsas məqsədimiz Mahirin işinin açılmasıdır».

RADİKAL MÜXALİFƏT «MİLLİ ŞURA»DAN ƏLİNİ ÜZÜB

«Yeni Azərbaycan» qəzeti yazır ki, «özünü birlik adlandırdan amorf qurum seçkilərə üç namizədlə qatıla bilər».

Qəzet yazır ki, «radikal müxalifət düşərgəsində namizədlik savaşı yenidən qızışıb və bu dəfəki gərginlik ortaya maraqlı tablo qoyub. Bir neçə ay öncə radikal düşərgənin İP-ni əlinə dolayan AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin apardığı mübarizənin hanı nəticələrə yol açdığı cəmiyyətə bəllidir».

Qəzet yazır ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərdən başqa KAXCP sədri Mirmahmud Mirəlioğlu da partiyasının prezidentliyə namizədliklə bağlı qərardan imtina etmədiyini bildirib:

«Belə çıxır ki, bu gün özünü «şura» adlandıran amorf qurumun seçkilərə üç namizədlə qatılmaq istəyi var. Bu isə Rüstəm İbrahimbəyovun radikal müxalifətin «vahid namizəd»i arzusunu ürəyində qoyması deməkdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG