Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Mayın 1-dən 37 nəfəri ilan sancıb


İyulun 10-da 1 nəfəri ilan, 1 nəfəri əqrəb, bu gün isə 1 nəfəri əqrəb sancıb.

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.

İlan sancma hadisəsi Şəmkirdə baş verib, vəziyyəti ağır olan həmin şəxs Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu il may ayında 16 nəfəri, iyun ayında 14 nəfəri, iyul ayının ötən dövrü ərzində isə 7 nəfəri ilan vurub. İyunda 4 nəfəri, iyul ayında isə 2 nəfəri əqrəb sancıb. Qara qurd isə iyunda 3 nəfəri, iyulda 2 nəfəri sancıb.

İndiyə qədər bu hadisələr zamanı 1 nəfər vəfat edib.
XS
SM
MD
LG