Qəbul imtahanları aşağıda cədvəldə göstərilən bölgələrdə yaradılan imtahan mərkəzələrində keçiriləcək:
Bölgələr üzrə imtahan mərkəzləri | İmtahan mərkəzlərinə aid olan şəhər və rayonlar |
Bakı | Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar |
Sumqayıt | Sumqayıt, Xızı, Şabran və Siyəzən |
Gəncə | Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy |
Şəki | Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki |
Lənkəran | Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad |
Quba | Quba, Qusar və Xaçmaz |
Ağcabədi | Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan |
Şirvan | Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli |
Göyçay | Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu |
Naxçıvan | Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad |
Mingəçevir | Mingəçevir, Tərtər, Yevlax və Bərdə |
Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcək. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcək.
İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu – 14 iyul, I ixtisas qrupu – 21 iyul, IV ixtisas qrupu – 28 iyul, II ixtisas qrupu – 3 avqust tarixində keçiriləcək.