Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

Misir prokurorluğu «Müsəlman Qardaşları»nın liderinin həbsi üçün order verib


Misir prokurorluğu «Müsəlman Qardaşları»nın lideri Muhammad Badie-nin həbsi üçün order verib. Badie zorakılığa çağırışda ittiham olunur.

Badie iyulun 8-də 51 nəfərin ölümü ilə bağlı xalqı zorakılığa çağırmaqda günahlandırılır. İndiyə qədər «Müsəlman Qardaşları» təşkilatının rəhbərliyindən çoxlu sayda adam həbs olunub. Yüzlərlə üzvü axtarışa verilib.

Hərəkatın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyası müvəqqəti baş nazir Hazem el Beblawi-nin hökumətdə iştirak etmək təklifini qəbul etməyəcəyini bildirib.

Muhammed Morsi-nin yerinə müvəqqəti təyin olunmuş prezident Adli Mansur da nə «Müsəlman Qardaşları»ndan, nə də digər müxalif qruplardan dəstək ala bilib.

İyulun 10-da Misirin müvəqqəti prezidenti Adli Mansur keçid hökumətinə rəhbər təyin edib – baş nazir postu liberal görüşləri ilə tanınan sabiq maliyyə naziri Hazem el Beblawi-yə tapşırılıb. Nobel sülh mükafatı laureatı Muhammed al-Baradei isə xarici siyasət üzrə vitse-prezident postuna təyin edilib.

Misir ordusu iyulun 3-də prezident Muhammed Morsi-ni devirərək, hakimiyyəti ələ alıb. Konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri Adli Mansur dövlət başçısı səlahiyyətləri əldə edib. Onun qarşısında müvəqqəti hökumət qurmaq, yeni konstitusiya qəbul etmək, parlament, prezident seçkiləri keçirmək öhdəliyi qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG