Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32

Uşaqbazlar- pedofillər üçün tələ


Özbəkistandan olan Ozod Ernafasov pedofillik ittihamıyla Moskvada 20 il həbs cəzası alıb

Özbəkistandan olan Ozod Ernafasov pedofillik ittihamıyla Moskvada 20 il həbs cəzası alıb

Rusiyada bir qrup könüllü gənc uşaqbazlıqda şübhələndikləri adamlarla mübarizə aparmaq üçün internetdən istifadə edirlər.

Onlar internetdəki çatlar və ya forumlara girir və özlərini ya seksual azlıq kimi təqdim edirlər. Hər hansı bir şəxs onlara cinsi əlaqə təklif edəndə, öncə ona həddi-buluğa çatmadıqlarını xatırladırlar. Əgər bu həmin şəxsin fikrini dəyişdirmirsə, görüş təyin olunur.

Amma görüşdə azyaşlı uşaq gözləyən uşaqbaz – pedofil sürprizlə qarşılaşır. Uşaq yerinə, bir qrup iri cüssəli gənc videokamera ilə onu gözləyir. Onu, belə demək mümkünsə, biabır edirlər. Sonra da internetə qoyurlar. İnternetdə “Duri.net” ünvanında yerləşdirilən videolarda onların aqibətindən və pedofillərin kimliyindən hər kəs xəbərdar olur.


KÖNÜLLÜ QRUPLARI KİM YARADIR?

Sözügedən könüllülərin sayı 15 nəfərdir. Moskvada bir araya gəliblər. Onlardan biri Daniil Shamanov 30 yaşndadır və qrupun de-fakto sözçüsüdür. Deyir ki, əslində onlar sosial şəbəkələrdən istifadə edib belə adamları tutmağın yolun göstəririk. Videonu görən kimi, hər şey aydın olur. Indi çoxları bundan istifadə edir.

Duri.net layihəsi 2009-cu ildə yaradılıb. O vaxt məqsədi Moskva metrolarının çıxışında narkotik həblər satanlarla mübarizə aparmaq idi. Bu yolla onlarla narkotik satanı ortaya çıxarmışdılar və bu yolla narkotikdən ölən dostlarının hayfını alırmışlar.

İndi Duri.net həm də pedofillərlə mübarizə aparır. Deyirlər ki, faktları polislə də sonradan bölüşürlər və bu da bəzi cinayət işlərinin açılmasına səbəb olub.

Ümumilikdə Rusiya cəmiyyətində bu cür “könüllü sayıqlıq” qrupları əsasən hökumət yönlü qruplar tərəfindən başladılmışdı. Amma sonradan polis özü könüllülərin narko dilerlərə hücumlarını xuliqanlıq kimi qiymətləndirməyə başladı. Bəzi tənqidçilər isə deyir ki, gənclərin elədiyi sadəcə özbaşınalıq və zorakılıqdır. Çünki, bəzən videoları yayanda yazırlar ki, bunu yaymayan özü mavidir, pedofildir və s.


GƏNCLƏR NƏDƏ BU İŞƏ GİRİŞİR?

Amma Sank Peterbuqrdakı 10 illik Gənclərin Təhlükəsizlik Xidməti təşkilatının əsasını qoyan Leonid Armer deyir ki, bəzən onların başqa çıxış yolu qalmır.

“Məsələn, bizim şəhərdə sadəcə videoları yaymaqla bir şeyə nail olmaq mümkün deyil. Hansısa daha ciddi tədbirlər olmalıdır”.

Ciddi tədbirlər deyəndə, bəzən tələyə düşən pedofilin alnına pozulmayan qələmlə pedofil yazıb şəklini internetdə yaymaqdan, ya da döymək və ya narkotik satanların maşınlarını yandırmaqdan ibarət olur.

Amma Shamanov deyir ki, “onların başqa əlacı yoxdur, çünki Rusiyada qanunvericilik sistemi düz işləmir. Pedofil hansısa uşağı zorlamayana qədər onu tutdurmaq faktiki olaraq mümkünsüzdür. Zorlamadan sonra isə gec olur”.

Rusiyada isə təkcə 2012-ci ildə rəsmən 3 min uşaqbazlıq zəminində zorlama qeydə alınıb. Hətta bu ilin aprelində Rusiya İstintaq Komitəsinin rəisi Aleksandr Bastrykin mediaya deyib ki, ölkədə pedofillərə qarşı ağır cəzaların qəbuluna mane olan pedofil lobbisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG