Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

AMEA prezidenti alimlərin əməkhaqqını qaldırmağa çağırır


-
«Bu gün əməkhaqqının az olması elmimizin əsas problemlərindəndir».

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin iyulun 10-da keçirilən ümumi yığıncağında bildirib:

«Akademiyada çalışanların sayı olduqca çoxdur. Ancaq elmə məşğul olanların sayı çox deyil. İnanıram ki, AMEA institutlarında islahatlar aparılmaqla əməkhaqqı məsələsi də həllini tapacaq».

Akif Əlizadə elmi-tədqiqatların aparılmasını asanlaşdırmaq üçün avtobaza yaradılmalı olduğunu da bildirib:

«Tədqiqat olmasa, onları təhlil etməsək, hansı nəticələr əldə etmək olar? Avtobaza maşınlarla, bütün avadanlıqlarla təchiz olunmalıdır. Arxeoloqlar öz təşəbbüsləri ilə müəyyən işlər aparırlar. Amma bunlar vahid şəkildə akademiyanın köməkliyi ilə aparılmalıdır».

Xəbəri AMEA-nın saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG