Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:08

«N!DA»çının şikayəti təmin olunmadı


İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində «N!DA» Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun həbs qətimkan tədbirinin uzadılmasından verilən şikayətinə baxılıb.
Şikayət təmin olunmayıb.

Apellyasiya instansiyası Nəsimi Rayon Məhkəməsinin iyulun 2-də çıxardığı qərarı qüvvədə saxlayıb. Həmin qərarla Məmməd Əzizov haqda seçilmiş həbs qətimkan tədbiri 2 ay, sentyabrın 7-nə qədər uzadılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib:

«Bu gün o da məlum oldu ki, istintaq müddəti dekabr ayına qədər uzadılıb. İstintaq getmir, ekspertiza rəyləri elan olunub. Onun təkrar ifadə verməsi ilə bağlı vəsatəti təmin olunmayıb».

Məmməd Əzizov martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Bakıda keçirdiyi əməliyyat zamanı saxlanılıb. Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə «N!DA» Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara qarşı mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaq bildirir ki, saxlananlar Bakıda keçirilən kütləvi aksiyada «Molotov kokteyli»ndən istifadə edəcəkmiş. Müdafiə tərəfi ittihamları qəbul etmir, gənclərin həbsini siyasi sifarişli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG