Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33
-
Astara rayonunun dağ ərazilərində 2 aydan çoxdur ki, yol tikinti işləri gedir.

Siyəkü-Hamoşam-Toradi, Deqədi-Ağkörpü-Pəlikəş istiqamətində 10 kilometrdən çox yol salınıb. Bu dağ kəndlərində ümumilikdə 20 minə yaxın əhali yaşayır. Yolları bərbad olan həmin kəndlər İranla sərhəd zonalarında yerləşir.

Neçə illər idi ki, bu yollar keçilməz vəziyyətə düşmüşdü. İşləri Almaniyanın «Vertgen» şirkətinin Azərbaycan üzrə təmsilçisi «Yoltikintinəqliyyatservis» MMC aparır. Yol tikintisinə 35 texnika cəlb edilib.

Astara rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 90 kilometr dağ yollarının salınması və təmiri nəzərdə tutulub.
XS
SM
MD
LG