Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:29

Rusiya Suriya üsyançılarının kimyəvi silah işlətdiyini güman edir


Vitaly Churkin

Vitaly Churkin


Suriyada işləyən rusiyalı ekspertlər martın 19-da Hələb əyalətinin Xan as Assal qəsəbəsində zəhərli Zarin qazından istifadə edildiyini aşkarlayıblar.

Bunu Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Churkin bildirib, Amma o qeyd edib ki, həmin mərmi sənaye istehsalı olmadığından güman etmək olar ki, onu üsyançılar tətbiq edib. O təhqiqatın nəticələrinin BMT-yə verildiyini deyir.

Martın 19-da baş vermiş həmin partlayış nəticəsində 26 nəfər ölüb, onlarla adam yaralanıb.

ABŞ, Böyük Britaniya və Fransa isə BMT-nin baş katibinə Suriyada kimyəvi silah işlədilməsi ilə bağlı öz dəlillərini veriblər.

ABŞ bundan əvvəl Suriya hökumətinin üsyançılara qarşı kimyəvi silah işlətməsi barədə onda dəlillər olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG