Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:46

Avropa məhkəməsində Üzeyir Cəfərovun şikayəti üzrə kommunikasiyaya başlanıb


Avropa İnsan Hüquqları Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin keçmiş əməkdaşı Üzeyir Cəfərovun şikayəti üzrə kommunikasiyaya başlayıb.

Bu haqda AzadlıqRadiosuna Avropa Məhkəməsində Üzeyir Cəfərovun maraqlarını təmsil edən Media Hüququ İnstitutunun proqram üzrə koordinatoru Xalid Ağəliyev məlumat verib.

«Avropa Məhkəməsindən bizə bildiriblər ki, artıq kommunikasiyaya başlamışıq. Bu işlə bağlı hökumətə suallar göndəriblər. Oktyabrın 10-na qədər hökumətin suallara cavab vermək üçün vaxtı var».

Üzeyir Cəfərov Avropa İnsan hüquqları Konvensiyasının 10-cu (fikrin ifadə olunması azadlığı), 6-cı (ədalətli məhkəmə çəkişməsi) və 2-ci (yaşamaq hüququ) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu bildirib. Ü. Cəfərov ona dəyən fiziki və mənəvi zərərin, məhkəmə xərclərinin ödənilməsini tələb edir.

Jurnalist 2007-ci ildə naməlum şəxslər tərəfindən döyülmüş, uzun müddət xəstəxanada müalicə olunmuşdu. O, ordu haqqında tənqidi məqalələr yazırdı.

Onun döyülməsi ilə bağlı Yasamal rayon polis idarəsində Cinayət məcəlləsinin 32-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. Ancaq işlə bağlı saxlanan olmayıb. Bundan sonra Media Hüququ İnstitutu Yasamal rayon məhkəməsinə, Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə işin araşdırılmamasından şikayət verib. Həmin məhkəmələr şikayəti təmin etməyəndən sonra Avropa Məhkəməsinə müraciət edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG