Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

Məhbus fəallarla bağlı Avropa Məhkəməsinə şikayət göndərilib


İyulun 10-da həbsdə olan AXCP üzvü Daşqın Məlikov və «NİDA» Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında qərardan, bitərəf İlqar Rzayev barəsində olan hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib:

«İlqar Rzayev barəsində ədalətli araşdırma aparılmayıb, digərləri haqqında seçilmiş həbs qəti-imkan tədbirinin qanunsuzluğunun tanınmasını istəyirik».

Hər bir iş üzrə dəymiş maddi və mənəvi ziyana görə təxminən 20 min avro kompensasiya tələb olunub.

Sumqayıt şəhər məhkəməsi Daşqın Məlikovu narkotik vasitə saxlamaqda ittiham edib. Onu 2 il yarım azadlıqdan məhrum edib.

Rəşad Həsənov haqqında 3 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə) maddəsi ilə ittiham olunur.

İlqar Rzayev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG