Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Suriyada hakim partiyanın yeni idarə heyətində təmsil olunan şəxslərin adları açıqlanıb


Suriyada hakim Baas Partiyasının Mərkəzi Komitəsi yeni idarə heyətində təmsil olunan şəxslərin adlarını açıqlayıb.

Siyahıda 16 nəfərin adı var. Onların arasında prezident Bashar Assad-dən başqa köhnələrdən heç kim yoxdur.

Suriyanın rəsmi mətbuatı bunun 2005-ci ildən bu yana Baas Partiyası daxilində ilk köklü dəyişiklik olduğunu bildirir. Assad isə partiya rəhbərliyinə xalqla daha yaxından işləmək tapşırığı verib.

Partiyanın idarə heyətindən çıxarılanlardan biri də prezident köməkçisi Faruk El Shara-dır. Neçə müddət idi ki, Shara ilə Assad arasında anlaşılmazlıq olduğu haqqında xəbərlər var idi.

74 yaşlı El Shara uzun illər Assad ailəsinin məsləhətçisi olub. Keçən ilin dekabr ayında Livan mediasına müsahibəsində demişdi ki, hökumət üsyançılara qarşı qələbə qazana bilməyəcək. O, həm də beynəlxalq müşahidəçilərin monitorinqi altında atəşkəs əldə olunması, milli birlik hökumətinin qurulmasının vacibliyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG